İNTERNET ŞURASININ YARADILMASI ÜZRƏ İŞLƏRƏ BAŞLANILIB

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədovun RATİ-yə verdiyi məlumata görə, bu gün İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının əsasnaməsi təsdiqlənib.

 Kordinasiya Şurasının üzvlüyünə namizədlərin necə seçiləcəyi və bu namizədlərin kimlərdən ibarət olacağı sualını cavablandırarkən Gülməmmədov qeyd edib ki, namizədlər dövlət, biznes və QHT nümayəndələrindən olacaq: “Biz özümüz informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən QHT-lərə müraciət edəcəyik. Və yaxın 15 gün ərzində adlar müəyyənləşərək, nazir Əli Abbasova təqdim olunacaq”.

     Məsələ ilə bağlı RATİ Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzlə əlaqə saxladı. Osman Gündüz qeyd etdi ki, “bizim bundan xəbərimiz yoxdur və bunun nə məqsədlə yaradıldığı aydın deyil. Və biz bu şurada iştirak etmək fikrində deyilik. Hesab edirik ki, bu cür qurumun yaradılmasına ehtiyac yoxdur, bu sonda senzurayla nəticələnə bilər. Yerli və beynəlxalq qanunvericilikdə də belə qurumun yaradılması nəzərdə tutulmayıb. Əslində ehtiyac duyduğumuz sahə milli İnternet ünvanlarının qeydiyyatı sahəsində işlərin gedişi və inkişaf etdirilməsidir”.

Previous Post

ELAN

Next Post

“CƏNUB TV”-NİN ƏMƏKDAŞLARI DÖYÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.