“CƏNUB TV”-NİN ƏMƏKDAŞLARI DÖYÜLÜB

Day.az saytının “Cənub TV”-nin məlumat bülleteninə istinadən yaydığı məlumata  görə, Masallı rayonu Elektrik paylaşdırıcı şəbəkənin rəisi Allahverdi İsmaylov  teleşirkətin əməkdaşını döyüb və senzuradan kənar sözlərlə təhqir edib.

Bu hadisəni əks etdirən  kadrlar “Cənub TV”-nin efirində nümayiş etdirilib.

     Xəbərdə o da bildirilir ki, yanvarın 12-də Masallı rayonunun Dəmirçi və Bədalan kənd sakinləri elektrik təhçizatında yaranan neqativ hallarla bağlı “Cənub TV” –yə müracuiət ediblər.

     Kəndlərdə edilən çəkilişlərdən sonra, çəkiliş qrupu alternativ tərəfin fikirini öyrənmək üçün, Masallı Elektrik paylaşdırıcı şəbəkəyə yollanıb.

     Şəbəkənin rəisi Allahverdi İsamayılov çəkilişə razılıq verməyib. “Cənub TV”- nin əməkdaşları gizli çəkiliş aparmaq istəsə də, bunu anlayan Allahverdi İsmaylov  onları nalayiq sözlərlə təhqir etməyə başlayıb və əməkdaşlardan birini stul vasitəsilə döyüb. Allahverdi İsmayılovun içkili vəziyyətdə olması da ehtimal edilir.

Previous Post

İNTERNET ŞURASININ YARADILMASI ÜZRƏ İŞLƏRƏ BAŞLANILIB

Next Post

TELEKANALIN OPERATORU ƏLİNDƏN CİDDİ XƏSARƏT ALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.