SABAH “XURAL” QƏZETİNİN ƏMLAKI HƏRRACA ÇIXARILACAQ

Aprelin 17-də saat 11-də  Bakı şəhər M.Müşfiq küçəsi 2 A ünvanında yerləşən  İxtisaslaşdırılmış  Hərrac Mərkəzi” MMC –də  Nərimanov rayon İcra Şöbəsinin 17/69 N-li 21.02.2012-ci il tarixli sifariş məktubuna əsasən, “Xural” qəzetinə məxsus texniki avadanlıqları hərraca çıxarır. Əmlakın ilkin satış qiyməti 1430 manat dəyərləndirilib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də
qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma)
maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də bu müddət daha 3 ay,  artırıldı.

 

Previous Post

QƏZA TÖRƏDƏN SÜRÜCÜ CƏZALANDIRILMIR

Next Post

JURNALİSTİN AZYAŞLI OĞLUNU AVTOMOBİLLƏ VURAN SÜRÜCÜ CƏZALANDIRILMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.