JURNALİSTİN AZYAŞLI OĞLUNU AVTOMOBİLLƏ VURAN SÜRÜCÜ CƏZALANDIRILMIR

“Oğlumun avtoqəzaya düşməsindən bir aydan çox keçsə də polis təqsirkar şəxslə bağlı hər hansı tədbir görmür.  Ya da görüblərsə mənə bu barədə heç bir məlumat verilmir”. , “Ayna”- “Zerkalo” qəzetlərinin, habelə RATİ-nin əməkdaşı İdrak Abbasov bunu RATİ-də keçirdiyi mətbuat konfransında deyib.

O, qəzanı törədənin 23 yaşlı Azər adlı şəxs olduğunu, elə həmin gün onun yaxalanaraq Binəqədi rayon 40 saylı Polis Bölməsinə təhvil verildiyini deyib. Qəzadan 40 gün vaxt keçməsinə baxmayaraq qəza törədənə qarşı hər hansı tədbir görülməyib. Jurnalist aprelin 6-da işi aparmalı olan müstəntiqə müraciət edib, görülən tədbirlər haqda rəsmi cavab istəyib, müstəntiq isə jurnalistə “sən düz adama oxşamırsan” cavabı verib. Bundan sonra İdrak Abbasov Daxili işlər naziri  Ramil Usubova müraciət edib.

 

Qəza bu il martın 6-da Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən  313 saylı uşaq bağçasının qarşısında törədilib.

 

VAZ 07 markalı maşının sürücüsü Azər 5 yaşlı Səid Abbaszadəni vuraraq hadisə yerindən qaçıb. Amma həmin gün də tapılaraq polisə təhvil verilib. Jurnalist qeyd edib ki, Azəri polisə gətirəndə onun şəxsiyyət vəsiqəsi özündə yox, 40- saylı Polis Bölməsində olub. Sürücülük vəsiqəsi olmayıb, maşın başqa şəxsin adına olub. “Bu qədər qanunazidd fakt olduğu halda polisin tədbir görməməsi mən də qəzanın bilərəkdən törədilməsi qənaəti yaradıb”, – deyə İdrak Abbasov polisin fəaliyyətsizliyinə münasibətini belə ifadə edib.

 

 “Bu qədər gözlədim, tədbir görülmədi, odur ki, məsələni ictimailəşdirməyi qərara aldım”, -deyə İdrak Abbasov mətbuat konfransı keçirməsinin səbəbinə toxunub.

 

Previous Post

SABAH “XURAL” QƏZETİNİN ƏMLAKI HƏRRACA ÇIXARILACAQ

Next Post

BİA.AZ-IN TƏSİSÇİSİ HAQQINDA 3 AY MÜDDƏTİNƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.