“YENI QƏZET+”UN REDAKTORU HƏDƏLƏNDİYİNİ DEYİR

“Yeni qəzet+”in təsisçisi və baş redaktoru Kamran Məhərrəmli ona gizli nömrədən zənglər olduğunu və ölümlə hədələndiyini bildirir.  “Media forum” xəbər saytının məlumatına  görə, Kamran Məhərrəmli  məsələ ilə bağlı bir müddət bundan əvvəl daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətində o, zəng edənlərin tapılaraq cəzalandırılmasını xahiş edib.

K. Məhərrəmli nazirin göstərişi ilə işi Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinin rəisi Sadiq Həsənovun məsələni  araşdırdığını, eləcə də bu günlərdə rəisdən cavab məktubu aldığını bildirib.  Sadiq Həsənov baş redaktora  onu təhqir etmiş və ölümlə hədələmiş şəxsin  gələcəkdə müəyyən ediləcəyi təqdirdə, barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tədbir görüləcəyini qeyd edib.

Kamran Məhərrəmli isə  bir daha Ramil Usubova müraciət edərək ona gizli nömrədən zənglərin və təhdidlərin davam etdiyini bildirir və nazirdən bu məsələyə son qoyulmasını istəyir.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 15 02 2011

Next Post

İCTİMAİ BİRLİYİN QEYDİYYATI MƏSƏLƏSİNƏ RAYON MƏHKƏMƏSİNDƏ BAXILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.