İCTİMAİ BİRLİYİN QEYDİYYATI MƏSƏLƏSİNƏ RAYON MƏHKƏMƏSİNDƏ BAXILACAQ

           Bu gün (02 fevral) Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin qeydiyyatına alınmasından imtina ilə bağlı verilən iddianın geri qaytarılması haqqında qərardaddan verilən şikayətə baxılıb.  Hakim şikayəti təmin edib və sənədləri baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərib.

Adı çəkilən təşkilatın qeydiyyatından 5 dəfə imtina etdiyinə görə təsisçilər Rəsul Cəfərov və Əhməd Heybətov Ədliyyə Nazirliyinə qarşı iddia ilə müraciət etmişdilər. Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Talışınski isə iddia ərizəsinin geri qaytarılması barədə qərarda çıxarmışdı. Qərardad əsassız olduğundan təşkilatın təsisçiləri apellyasiya şikayəti vermişdilər.

            Xatırladaq ki,  “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyi 2009-cu ilin avqustunda təsis edilsə də, Ədliyyə Nazirliyinin imtinaları səbəbindən indiyə kimi dövlət qeydiyyatına alınmayıb.   

 

Previous Post

“YENI QƏZET+”UN REDAKTORU HƏDƏLƏNDİYİNİ DEYİR

Next Post

JURNALİST SAXTAKAR MÜSTƏNTİQLƏRİN MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİNİ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.