ANAR MƏMMƏDOV “YENİ MÜSAVAT”IN DA 4 MİN MANATI TƏCİLİ OLARAQ ÖDƏMƏYİNİ TƏLƏB EDİR

Oktyabrın 20-də Nizami rayon Məhkəmə  İcra Şöbəsindən  “Yeni Müsavat” qəzetinə   4000( dörd min)  manatı ödəmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş daxil olub. Bu barədə bu gün (23 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Vəkilin sözlərinə görə, Nizami rayon Məhkəmə İcra Şöbəsinin böyük icra məmuru Yaqub Məmmədovun göndərdiyi məktubda bildirilir ki, “Ayı işi” ilə bağlı icraata başlanıb və redaksiyaya kəsilən cəriməni ödəmək üçün 10 gün vaxt verilir:

“Bildirişdə qeyd olunur ki, bu müddət ərzində tələb üzürsüz səbəbdən icra edilməsə, icra məcburi qaydada təmin ediləcək. Həmçinin “İcra haqqında” Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulacaq”, – deyə məlumat verən  V. Hüseyn bu qərardan məhkəməyə şikayət ediləcəyini bildirdi.
Qeyd edək ki,  oktyabrın 16-da ünvanlanmış analoji məktub “Azadlıq” qəzeti redaksiyasına da daxil olub.
Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl
gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi. Yanvarın 23-də Yasamal rayon Məhkəməsi  iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat
təzminat ödəmələri ilə bağlı qərar çıxarıb.

Previous Post

“AZADLIQ” QƏZETİ VƏ ƏMƏKDAŞI AĞIR CƏRİMƏ QƏRARI İLƏ CƏZALANDIRILDI

Next Post

AZADLIQ QƏZETI BAĞLANMAQ TƏHLÜKƏSİ QARŞISINDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.