“AZADLIQ” QƏZETİ VƏ ƏMƏKDAŞI AĞIR CƏRİMƏ QƏRARI İLƏ CƏZALANDIRILDI

Dünən Yasamal rayon məhkəməsi “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın  “Azadlıq” qəzetini və onun əməkdaşı Ramin Dekoya (Cəbrayılzadə) qarşı qaldırdığı iddianı qismən təmin edərək, qəzetin 30 000 (otuz min), R.Dekonun isə 2000 (iki min) manat cərimələnməsi və qəzetin təkzib verməsinə dair qərar verib. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Belə ki,  “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova 7 iyul 2012-ci il tarixində “Azadlıq” qəzetində dərc olunmuş   “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrin  onun işgüzar nüfuzunu ləkələdiyini hesab edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. İddiaçı  təkzib verilməsini və cavabdehlərin hər birinin 50 000 manat cərimələnməsini və  bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş etmişdi.
Previous Post

ANAR MƏMMƏDOV “AZADLIQ” QƏZETİNİN ONA 4 MİN MANAT CƏRİMƏNİ TƏCİLİ ÖDƏMƏSİNİ TƏLƏB EDİR

Next Post

ANAR MƏMMƏDOV “YENİ MÜSAVAT”IN DA 4 MİN MANATI TƏCİLİ OLARAQ ÖDƏMƏYİNİ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.