YEVLAXDA “YENİ MÜSAVAT”IN SATIŞINA QADAĞA QOYULUB

Yevlax rayonunda “Yeni Müsavat” qəzetinin satışına qadağa qoyulub. Bu barədə bu gün (4 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin əməkdaşı  Seymur Hacı məlumat verib.

Onun sözlərinə görə, bu barədə “Yeni Müsavat”a özünü    Yevlax sakini kimi təqdim edən Maqsud Süleymanov adlı şəxs məlumat verib:

“Məlumatda qeyd olunurdu ki, artıq 3 gündür ki,  Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığı ilə Yevlaxın qəzet köşklərindən “Yeni Müsavat” qəzetinin satışında məhdudiyyətlərin olduğu və buna  qəzetin 2 fevral 2011-ci il tarixli sayında dərc edilmiş “Yevlaxın icra başçısı Göygöldə üç villa tikdirib” başlıqlı məqalənin səbəb olduğu qeyd edilib.

Məsələyə münasibət bildirməsi üçün Yevlax rayon İcra Hakimiyyətinin 0 166 6 30 00 nömrəli əlaqə telefonu ilə əlaqə saxladıq və adını təqdim etməyən şəxs xəbəri təkzib edərək, belə bir halın olmadığını dedi.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunur.

 

Previous Post

YEVLAXDA “YENİ MÜSAVAT”IN SATIŞINA QADAĞA QOYULUB

Next Post

SƏNƏDLƏRİNİN İTİRİLMƏSİNƏ GÖRƏ HÜQUQ MÜDAFİƏÇİSİ “TÜRK HAVA YOLLARI”NI DA MƏHKƏMƏYƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.