“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI 2 SAAT ƏRZİNDƏ POLİSDƏ SAXLANILDI

YENİLƏNİB

Bu gün (09 avqust) saat 16.00 radələrindən Nəsimi rayon Polis İdarəsinin  21-ci Polis Bölməsində saxlanılan “Yeni Müsavat” qəzetinin müxbiri Əfqan Muxtarlı təxminən saat 18.00-da  sərbəst buraxılıb.

Qeyd edək ki, Ə. Muxtarlı peşə fəaliyyəti ilə məşğul olarkən Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  Bu barədə RATİ-yə məlumatı Ə. Muxtarlının özü  verib.
“Bu gün Azərbaycanın Avropaya İnteqrasiyası Komissiyasının bir qrup üzvü Rusiya Federasiyasının Gürcüstana hərbi müdaxilə etməsinə etiraz əlaməti olaraq Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət təqdim ediblər. Həmin müraciəti səfirin birinci katibi qəbul edib. Görüşdən çıxan həmin şəxslərlə mən səfirlik binasından təxminən 70 metr aralıda müsahibə alırdım, habelə onların foto şəkillərini çəkirdim. Bu zaman polislər gəlib şəkil çəkməyimə etiraz edərək məni 20-ci Polis Bölməsinə apardılar, daha sonra isə  məni 21-ci Polis Bölməsinə apardılar”, – deyə qeyd edən Ə. Muxtarlı  polisin ondan yazılı izahat  verməyi tələb etdiyini və o,  izahatı verdikdən sonra sərbəst buraxıldığını bildirdi.

Previous Post

EYNULLA FƏTULLAYEV ALİ MƏHKƏMƏNİN PLENUMUNA MÜRACİƏT ETMƏKDƏN İMTİNA ETDİ

Next Post

“DALĞA”NIN GÜRCÜSTANA DƏSTƏK AKSİYASI ZAMANI İNSİDENT QEYD OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.