EYNULLA FƏTULLAYEV ALİ MƏHKƏMƏNİN PLENUMUNA MÜRACİƏT ETMƏKDƏN İMTİNA ETDİ

12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən  “Gündəlik Azərbaycan” də “Realnıy Azerdaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə atası Emin Fətullayev bu gün (07 avqust) görüşüb.

Bu barədə RATİ-yə Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin  saxlanma  şəraiti, səhəti və  ona qarşı olan münasibətdən heç bir şikayəti olmayıb.
Yeri gəlmişkən  Emin Fətullayev bildirdi ki, ABŞ-dan Vauqxan Tompson adlı vəzifəsi bəlli olmayan bir şəxs prezident İlham Əliyevə müraciət edərək Eynulla Fətullayevin azad edilməsini və ona kompensasiyanın ödənilməsini xahiş edib:
“Həmin məktub Prezident Aparatından Ali Məhkəməyə göndərilib. Ali Məhkəmə də öz növbəsində Eynullaya məktubla müraciət edib. Bu məktubla Eynullaya  işinə baxılması üçün  Ali Məhkəmənin Plenumuna müraciət etməsi tövsiyə olunub. Amma Azərbaycan məhkəmələrindən ədalət gözləməyən Eynulla onsuz da yaxın gələcəkdə işinə Avropa İnsan Haqları Məhkəməsində baxılacağını  əsas gətirərək Ali Məhkəmənin Plenumuna müraciət etməkdən imtina edib”.
Previous Post

LƏNKƏRANDA TƏNQİDÇİ QƏZETLƏRİN SATIŞINA QADAĞA QOYULUB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI 2 SAAT ƏRZİNDƏ POLİSDƏ SAXLANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.