“Yeni Müsavat” qəzetinin əməkdaşları naməlum şəxslər tərəfindən hədələnirlər.
Bu haqda RATİ-yə məlumat verən qəzetin redaktoru Famil Cəfərli bildirib ki, Aqil Xəlillə bağlı yayılan məlumatları pislədiyimizə görə son günlər müxtəlif telefonlardan zəng vuraraq əməkdaşlarımızı hədələyirlər. Bununla bağlı biz bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.” Yeni Müsavat” qəzetinin bu günkü sayında zənglərin gəldiyi telefon nömrələri dərc edilib: (050) 525-25-31, (050) 588-22-15