KEÇMİŞ BAŞ REDAKTOR KÖŞƏ YAZISINA GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

“Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev “24 saat” qəzetinin keçmiş baş redaktoru Fikrət Fərəməzoğluna qarşı iki iddia qaldırıb.

Bu haqda RATİ-yə məlumat verən Fikrət Fərəməzoğlu bildirib ki, “mənə qarşı iddianın qaldırılmasına səbəb 04 fevral tarixində yazdığım “Şərəfsizlərə şərəf dərsi” başlıqlı köşə yazım olub. Birinci iddiada xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək həbs olunmağım xahiş edilib. Sözü gedən köşə yazısına görə mülki qaydada qaldırılan ikinci iddiada isə mənim 100000 AZN təzminat ödəməyim istənilir”. Fərəməzoğlu onu da əlavə edib ki, köşə yazısı “Elçi” qəzetinin 03 fevral 2008-ci il tarixli sayında ““24 Saat”-ın əqrəbini kim fırladır” başlıqlı məqaləyə cavab olaraq yazılıb.
Xatırladaq ki, Fikrət Fərəməzoğlunun baş redaktoru olduğu “24 Saat” qəzeti  ötən ayın əvvəli maliyyə çətinliklərinə görə nəşrini dayandırmışdı. Bundan sonra “Nota bene” qəzetinin təsisçisi İlham Tumas qəzeti yenidən nəşr etdirməyə başlayıb və o qəzetin baş redaktorudur.

Previous Post

MTRŞ AQİL XƏLİLLƏ BAĞLI SÜJETLƏRİN YAYIMLANMASINDA HEÇ BİR QANUN POZUNTUSU GÖRMÜR

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞLARI HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.