“YENİ MÜSAVAT” QƏZETİ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİ MƏHKƏMƏYƏ VERİB

“Yeni Müsavat” qəzeti informasiya sorğusunu cavablandırmadığına görə, Yasamal rayon məhkəməsində Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldııb. Bu barədə bu gün (12 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Onun sözlərinə görə, iddiaya səbəb “Yeni Müsavat”  qəzetinin 12 avqust 2009-cu il tarixində informasiya  sorğusu ilə   DGK-nın sədri Aydın Əliyevə ünvanladığı müraciətə cavab verilməməsi olub. Müraciətdə “2004-2008-ci illərdə, hər il ayrıca olmaqla Azərbaycan Respublikasına malların idxalına görə gömrük daxilolmalarının bölmələr, mal qrupları və ən mühüm mallar (o cümlədən minik avtomobilləri) üzrə göstəriciləri, həmçinin gömrük daxilolmalarından azad edilmiş idxal mallarının ümumi həcmi və mal tərkibi barədə” məlumat verilməsi barədə xahiş əks olunub. Lakin komitə sədri müxtəlif bəhanələr əsas gətirərək sorğuya cavab verməkdən imtina edib.
Previous Post

MİRZƏ SAKİT QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

MAİS MƏNSİMOV YENİDƏN FANAT.AZ SAYTINI MƏHKƏMƏYƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.