MİRZƏ SAKİT QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Bu gün (12 noyabr) Mirzə Sakit (Zahidov) 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M. Sakitin özü məlumat verib. Onun sözlərinə görə, baş redaktor saxlanma şəraitindən və səhhətindən şikayətlənməyib.

M.Sakit  görüş zamanı “Azadlıq” qəzetindən uzaqlaşdırılması  və bununla əlaqədar olan bir sıra məsələlər barədə  baş redaktorla qarşılıqlı anlaşmaya gəldiyini bildirdi. O həmçinin bildirdi ki, gələn həftənin ikinci günündən etibarən onun qəzetdə fəaliyyəti bərpa olunacaq.

Qeyd edək ki, bir müddət öncə Mirzə Sakitin şeirlərinin “Azadlıq” qəzetində dərc olunmaması ilə bağlı yaranmış problemlə əlaqədar Mirzə Sakit “Azadlıq” qəzetindən uzaqlaşdırılmışdı.

Xatırladaq ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

“YENİ MÜSAVAT” QƏZETİ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.