“YENİ MÜSAVAT” QƏZETİ QƏRB UNİVERSİTETİNİ MƏHKƏMƏYƏ VERİB

“Yeni Müsavat” qəzeti Qərb Universitetini məhkəməyə verib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

V.Hüseyn sözlərinə görə,  “Yeni Müsavat” qəzeti və Z.Sakitqızı jurnalistin məlumat almaq hüququnun pozulması və jurnalistin qanunu peşə fəaliyyətinə mane olunmasına dair iddia ərizəsi ilə mülki qaydada Səbayel rayon Məhkəməsinə müraciət edib. İddiada Qərb Universitetinin maddi təzminatın ödənilməsi ilə yanaşı universitetin əməkdaşının inzibatı qaydada cəzalandırılması da tələb edilib.

Xatırladaq ki, noyabrın 30-da “Yeni Müsavat” qəzetinin əməkdaşı Zülfiyyə Sakitqızı Qərb Universitetinin Siyasi Elmlər fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi Fərid Əkbərli tərəfindən “Yeni Müsavat” qəzetinin redaksiyasına daxil olan şikayət ərizəsini araşdırmaq məqsədilə universitetə getdikdə, universitet rəhbərliyinin əsassız təzyiqinə məruz qalıb və jurnalistin peşə fəaliyyətinə mane olunub.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunur.

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 13 18 DEKABR

Next Post

DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏD DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.