”YENİ MÜSAVAT”IN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə (MN) qarşı Səbail rayon Məhkəməsinin 18 noyabr 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə bu gün (12 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Vəkilin sözlərinə görə, hakim qısa sürən fasilədən sonra “Yeni Müsavat” qəzetinin iddiasının təmin olunmaması barədə qətnamə çıxarıb. V. Hüseyn bildirdi ki, bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Xatırladaq ki, iddiaya səbəb sentyabr ayının əvvəlində Müdafiə Nazirliyinin Türkiyə səfirliyi və “Anadolu” agentliyinin adından “Yeni Müsavat” qəzetində  yazıldığı iddia edilən “Hərbi məktəbdə türk müdavimlər incidilir” başlıqlı bir yazı ilə bağlı bəyanat yaymasıdır. Qəzet  belə başlıq altında heç bir yazının yazılmadığını, eləcə də apardığı  araşdırmalar zamanı Türkiyə səfirliyi və “Anadolu” agentliyinin belə bir bəyanat vermədiyini  aydınlaşdırdığını bildirir. “Yeni Müsavat” qəzeti Müdafiə Nazirliyinin  saxtakarlıq etmək və təhqirlərə yol verdiyini iddia edərək, 50 000 min manatlıq iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib. 18 noyabr 2011-ci il tarixində Səbail rayon Məhkəməsi iddianın təmin edilmədiyi barədə qərar çıxarıb.

Previous Post

EYNULLA FƏTULLAYEV TƏŞKİLATININ SAYTINI TƏQDİM EDİB

Next Post

İRANIN “SƏHƏR” TELEKANALIN HƏBS EDİLMİŞ ƏMƏKDAŞININ MƏHKƏMƏSİ BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.