İRANIN “SƏHƏR” TELEKANALIN HƏBS EDİLMİŞ ƏMƏKDAŞININ MƏHKƏMƏSİ BAŞLAYIR

İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının Azərbaycandakı
nümayəndəliyinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı  Ramil Dadaşova qarşı   Cinayət Məcəlləsinin (CM) 241.1 maddəsi (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş pul vəsaitini və ya digər əmlakı leqallaşdırma)  ilə irəli sürülən ittiham üzrə cinayət işi yekunlaşıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. Dadaşovun vəkili  Qəhrəman Pirməmmədov  məlumat verib.

Vəkilin sözlərinə görə, iş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zeyqəm Hüseynovun icraatındadır və məhkəmə iclasının keçiriləcəyi tarix hələ də müəyyənləşməyib.

Xatırladaq ki, İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının sürücüsü Ramil Dadaşov fevralın 17-də yaşadığı Sumqayıt şəhərində saxlanılıb və həmin günü Sumqayıt Şəhər Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Fevralın 24-də Sumqayıt Apellyasiya Məhkəməsi bu qərardan verilən şikayəti təmin etməyib. Hal-hazırda o  Şüvəlan İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

”YENİ MÜSAVAT”IN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Next Post

ALİ MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.