Martın 9-da Gəncə Apellyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4 mart 2011-ci il tarixdə barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın vəkili Əlayif Həsənov məlumat verib.
Xatırladaq ki, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsilini davam etdirmək üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra azad edilmişdi. Hazırda isə ona qarşı Cinayət Məcəlləsinin 321-cü (hərbi xidmətdən boyun qaçırma) maddəsi ilə cinayət işi açılıb. Hüquq müdafiəçilərinin fikrinə görəsə Bəxtiyar Hacıyevin sosial şəbəkələrdəki fəallığına və xüsusilə bir qrup gəncin başladığı “11 mart boyuk xalq günü” kampaniyasına texniki dəstək verdiyi üçün həbs edilib.