GƏNC FƏAL CABBAR SAVALANLININ MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

Aprelin 15-də Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə açılan cinayət işi üzrə keçirilməli olan  məhkəmənin hazırlıq iclası təxirə salınıb.

 Vəkil Anar Qasımovun RATİ-yə verdiyi məlumata görə, prosesin təxirə salınmasına  səbəb  müdafiə etdiyi şəxsə ittiham aktının  gec çatması olub. Vəkilin sözlərinə görə  ittiham olunan şəxsə  ittiham aktı qanunvericilik baxımından  1 həftə əvvəl  verilməlidir .Buna görə də məhkəmənin  hazırlıq iclası  aprelin 22-nə saat 12:00-dək təxirə salınıb.

            Xatırladaq ki,  Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Previous Post

POLİS MÜŞFİQABAD QƏSƏBƏSİNDƏKİ SÜNNİ MƏSCİDİNİNİN BAĞLANMASINI TƏLƏB EDİR

Next Post

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ RƏİSİNİN JURNALİST VƏ VƏKİLƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.