GƏNC FƏALA CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ QƏZET OXUMAĞA İCAZƏ VERİLMİR

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, gənc fəal Cabbar Savalanlıya qəzet oxumaq qadağan edilib. Bu barədə  bu gün(05 oktyabr ) “Media forum”  xəbər saytına gənc fəalın  vəkili Əsabəli Mustafayev məlumat  verib.

 Ə. Mustafayev bildirib ki, bu gün gənc fəalla görüşdüyü zaman Cabbarın işi ilə bağlı verdiyimiz kasasiya şikayətini müzakirə etdik və  bu söhbət zamanı da məlum oldu ki, Cabbar müəssisəyə köçürüləndən sonra qəzet oxuya bilmir.

“Bu gün anası və dayısı da görüşə getmişdilər və özləri ilə də “Azadlıq ” və  “Müsavat” qəzetlərini aparıblar. Lakin həbsxana əməkdaşları qəzetləri geri qaytardılar. Dedilər ki, necə dəfə qəzet gətirmişik, içəri keçirməyə qoymayıblar”,- deyə  vəkil deyib.

Vəkil onu da qeyd edib ki, qəzet oxumadığına görə Cabbar ölkədəki proseslərdən xəbərsizdir və ictimai fəal insan kimi belə bir vəziyyətə üzləşmək ona çox çətindir.

“Cabbarı informasiya blokadasına salıblar. İctimai Palatanın 2 aprel mitinqində tutulanlara ağır cəza verilməsini məndən eşitdi. Buna təəssüfləndi və dedi ki, əslində gözlənilən qərardır. Həm özünün, həm Bəxtiyar Hacıyevin, həm də 2 aprel mitinqində iştirak edənlərin həbsini bir prosesin tərkib hissəsi sayır və insanları qorxutmaq üçün atılan addım kimi qiymətləndirir”,-deyə Mustafayev qeyd  edib.

Ə. Mustafayev onu da əlavə edib ki,  Cabbar Savalanlıya qəzet verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcək.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib. 26 iyul 2011-ci il tarixdə isə Sumqayıt Apelyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılması barədə qərar verib.

             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

 

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ AĞDAM QAÇQINININ İDDİASINI TƏMİN ETDİ

Next Post

ƏCNƏBİ JURNALİSTLƏRLƏ BAĞLI İŞ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.