BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİBLƏR

Bakı Şəhər Baş Polis İdarəsi qarşısında dayanıb AXCP sədri Əli Kərimlinin idarədən çıxmasını gözləyən partiya üzvləri və jurnalistləri polis ərazidən uzaqlaşdırıb. Bu barədə “Azadlıq” radiosu xəbər verir. Məlumata görə,  “Azadlıq” qəzetinin müxbiri Ramin Deko və “Yeni Müsavat” qəzetinin müxbiri Samir Kazımlı post patrul maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb.

”Polis əvvəlcə ərazidə toplaşan partiya fəallarını polis idarəsinin qarşısından uzaqlaşdırdı. Bizi də uzaqlaşdıranda dedik ki, biz jurnalistik informasiya əldə etmək üçün burda dayanmışıq Əli Kərimlinin polis idarəsindən çıxmasını gözləyirik. Polislər dedi ki, adamlar sizdən şikayətçidirlər . Biz buna etiraz etdik, bundan sonra bizi post patrul maşınına mindirib aparın Cavanşir körpüsünün yanında düşürdülər ki, əraziyə yaxınlaşmayın”, – deyə jurnalist Ramin Deko bildirib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli 2 aprel mitinqinin istintaqı ilə bağlı şahid kimi ifadə vermək üçün aprelin 28-i saat 15:00-da Bakı Baş Polis İdarəsinə çağırılıb. O, birinci dəfə aprelin 16-də BŞBPİ-də olub, 8 saata yaxın sorğu-sual edilib.

 

Previous Post

İCTİMAİ-SİYASİ XADİMLƏRİN MÜRACİƏTİNƏ BAXMAYARAQ BƏXTİYAR HACİYEV ZAMİNƏ BURAXILMADI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.