GƏNCLƏR BLOGGERLƏRİN HƏBSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİBLƏR

Bu gün (08 iyul) Azərbaycan İnsan Hüquqları evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatı gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbs olunmasının 1 ilinin tamam olması ilə bağlı tədbir keçiriblər.

Təşkilatın rəhbəri Əbülfəz Qurbanlının bloggerlərin internetə hakimiyyəti tənqid edən videomateriallar yerləşdirdiklərinə görə həbs olunduqlarını deyərək, onların heç vaxt əfv istəməyəcəklərini vurğulayıb və gəncləri hakimiyyətdən qorxmayaraq, mübarizəni davam etdirməyə çağırıb.  

 

    “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid çıxışında bildirib ki, mübarizə aparan gənclərin sosial bazasını inkişaf etdirmək, repressiyalara operativ reaksiya vermək və beynəlxalq təşkilatlarla əlaqəni gücləndirmək lazımdır.

 

    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov da ölkədəki ictimai-siyasi vəziyyətin gərgin olduğunu bildirib və o, mövcud vəziyyətdən çıxmaq üçün müxalifət partiyaları liderlərinin də fədakarlıq göstərməsinə ehtiyac gördüyünü deyib.

 

       Gəncləri ruhdan düşməyərək mübarizə aparmağa səsləyən Bloggerlərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Vəfa Cəfərova qeyd edib ki, bloggerlərin də istəyi budur.   

 

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı fəal gəncləri birliyə çağırıb.

 

   Tədbirdə qəbul edilən AXCP Gənclər Təşkilatının bəyanatında bloggerlərin azad edilməsi ilə bağlı çağırışlara hakimiyyətin laqeyd münasibət bəsləməsi yer alıb. Həmçinin bəyanatda bloggerlər barəsində ədalətsiz hökmü ləğv etməyə və onların həbsində təqsirli olan şəxslərin cəzalandırılması tələb olunur.

 

Previous Post

PREZİDENT APARATININ QARŞISINDA BLOGERLƏRİN AZAD EDİLMƏSİ TƏLƏBİ İLƏ AKSİYA KEÇİRİLİB

Next Post

ZİYALILAR EYNULLA FƏTULLAYEV VƏ BLOGGERLƏRİN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.