ZAQATALA SAKİNLƏRİ DİNİ AZADLIĞIN POZULDUĞUNU İDDİA EDİRLƏR

Bir neçə Zaqatala sakini dini haqlarının pozulması ilə bağlı cümə axşamı Media Mərkəzində mətbuat konfransı keçirib.      Vəkil Elman Osmanovun dediyinə görə,   Zaqatalanın Yuxarı Tala kənd sakinləri Abakər Qazıyev və Yusif Sultanov şəxsiyyət vəsiqəsi almaq üçün saqqallı şəkil çəkdirmək istəyib, amma polis buna icazə verməyib. İlk dəfə şəxsiyyət vəsiqəsi alarkən hansı şəkildə olublarsa yenə həmin görkəmdə olmalarını tələb edib. Bu il iyulun  26-da vətəndaşlar saqqallarını qırxmağa məcbur edilib.

            Elman Osmanov polisin aqressiv münasibətini ayrıca vurğulayıb. Hətta bu şəxslərin haqlarını müdafiə etmək üçün notariusdan etibarnamə alarkən dini təhqirə məruz qaldıqlarını qeyd edib.

            Abakər Qazıyevin sözlərinə görə, polis bölməsi cinayət-axtarış şöbəsinin rəisi Daşqın Quliyev şəxsiyyət vəsiqəsi almaq üçün saqqalın qırxılmasını vacib şərt adlandırıb. A.Qazıyev iddia edir ki, bölmədə 6 nəfər polis onun üstünə düşüb, zorla saqqalını qırxdırıblar.

            Yusif Sultanov da eyni zorakılığa məruz qaldığını iddia edir. Həm də bu addımı dini-etiqad azadlığına polisin sayğısızlığı, səlahiyyət həddini aşma kimi dəyərləndirir. Vəkil Elman Osmanov faktla bağlı işgəncələr əleyhinə komitəyə, daxili işlər nazirliyinə, ombudsmana, baş prokurora müraciət ünvanladığını bildirib.

             Vəkil vətəndaşların hüquqlarını Avropa məhkəməsinə kimi müdafiə etməyi nəzərdə tutduğunu da deyib. Zərərçəkənlər isə indiki şəxsiyyət vəsiqəsindən imtina edərək saqqallı şəkil çəkdirmək istədiklərini, əks halda ölkə vətəndaşlığından imtina edəcəklərini söyləyiblər.

               

 

 

Previous Post

HÖKÜMƏT JURNALİSTLƏRƏ TƏZYİQƏ GÖZ YUMUR

Next Post

NEMƏT PƏNAHLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏSİ BAŞLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.