ZAHİR ƏMƏNOV HƏYAT YOLDAŞININ İŞDƏN ÇIXARILMASINI “CƏNUB XƏBƏRLƏRİ” QƏZETİNƏ TƏZYİQ KİMİ QİYMƏTLƏ

“Cənub Xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov özünün peşə fəaliyyəti ilə əlaqədar olaraq  Masallı rayonunun Ərkivan kəndindəki uşaq bağçasının müdiri işləyən həyat yoldaşının işdən çıxarılması ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib.

O qeyd edib ki, buna səbəb uşaq bağçasına ərzağın baha qiymətə satılması ilə əlaqədar yazdığı “Masallıda aclıq olacaq?” və “Astan müəllim, çaşma” (Masallı rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov nəzərdə tutulur) adlı məqalələr olub. Həyat yoldaşının işdən çıxarılmasının arxasında Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və onun müavini Nəsir Muxtarlının dayandığını vurğulayan Z. Əmənov əlavə edib ki, ondan dəfələrlə tənqidi məqalələrə son qoymaq tələb olunub: “Mənə dəfələrlə bildiriblər ki, ya bizim barəmizdə tənqidi məqalələr yazma, ya da həyat yoldaşını işdən çaxaracağıq”.

Z. Əmənov həyat yoldaşının aprelin 10-da uşaq bağçasına baha qiymətə gətirilən ərzağı geri qaytardıqdan dərhal sonra bağçaya yoxlama göndərildiyini və guya sənədlərdə texniki qüsurlar aşkar edildiyindən onun işdən çıxarıldığını bildirib. O həmçinin may ayının 11-də bununla bağlı məhkəməyə müraciət edəcəklərini deyib.

Masallı rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov isə RATİ-yə açıqlamasında həyat yoldaşının vəzifəsindən kənarlaşdırılmasını Zahir Əmənovun peşə fəaliyyəti ilə deyil, işdə yol verdiyi nöqsanlarla əlaqədar olduğunu bildirib. O qeyd edib ki, Z.Əmənovun həyat yoldaşı Təhsil Şöbəsinin qapalı şurasının qərarı ilə müdir vəzifəsindən tərbiyəçi vəzifəsinə keçirilib.

 
Qeyd edək ki, “Cənub Xəbərləri” qəzeti Demokratiyaya Dəstək Fondunun (NED) maliyyə dəstəyi ilə 2004-cü ildən ayda 3 dəfə nəşr olunur. 
Previous Post

DÖVLƏT EHTİYACLARI ÜÇÜN TORPAQ SATINALMALARI HAQQINDA QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ

Next Post

“SƏRHƏDSİZ REPORTYORLAR” HAKİMİYYƏTİN İNTERNETƏ NƏZARƏT ETMƏK CƏHDİNDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.