“SƏRHƏDSİZ REPORTYORLAR” HAKİMİYYƏTİN İNTERNETƏ NƏZARƏT ETMƏK CƏHDİNDƏN NARAHATDIR

“Sərhədsiz Reportyorlar” Təşkilatı Azərbaycan hökumətinin İnternetə nəzarət tətbiq etmək cəhdlərindən narahatlıq ifadə edən bəyanat yayıb.

  Təşkilat bildirir ki, aprelin 16-da rabitə naziri Əli Abbasov  internetin tənzimlənməsinin, İnternet televiziyanın lisenziyalaşdırılması sisteminin tətbiqinin vacibliyini bildirib. Aprelin 22-də isə Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli eyni fikirləri səsləndirib.

     “Hakimiyyət ölkədə mənəvi mühiti qorumaq istəyində olması barədə bəyanatlar versə də, əslində isə xəbər və məlumatları monopoliyaya almaq istəyir. Məqsəd televiziyaya və mətbu nəşrlərin böyük hissəsi kimi İnternetə də nəzarət etməkdir. Belə hərəkətlər Azərbaycanın ATƏT və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə ziddir”, – deyə təşkilatın bəyanatda vurğulanır.

     ”Sərhədsiz Reportyorlar” bildirir ki, internetdəki tənqidi materiala görə iki bloqqerin – Emin Milli (2.5 il) və Adnan Hacızadənin (2 il) həbsi Azərbaycanda internet istifadəçiləri üçün real təhlükənin olmasının göstəricisidir.

     Bəyanatda bildirilir ki, mayın 3-də Bakıda keçirilən dəyirmi masada iştirak edən jurnalistlər və hüquq müdafiəçiləri hakimiyyətin İnterneti nəzarətə götürmək planlarından narahatlığını bildirib. İnternet qiymətinin yüksək, hətta Türkiyədə olduğundan 10 dəfə çox olması bildirilib.

     Qeyd edək ki, mayın 3-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində RATİ və Media Hüququ İnstitutu (MHİ) təşkilatçılığı ilə “XXI əsrdə İnternetin dövlət tənzimlənməsinə ehtiyac varmı?” mövzusunda  dəyirmi masa  keçirilib və bu məsələ geniş müzakirə olunub.

Previous Post

ZAHİR ƏMƏNOV HƏYAT YOLDAŞININ İŞDƏN ÇIXARILMASINI “CƏNUB XƏBƏRLƏRİ” QƏZETİNƏ TƏZYİQ KİMİ QİYMƏTLƏ

Next Post

AZƏRBAYCAN HAVA LİMANININ ƏMƏKDAŞLARI NORVEÇLİ JURNALİSTİN ÇƏKİLİŞLƏRİNİ SİLİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.