MİRZƏ SAKİTİN VAXTINDAN ƏVVƏL AZAD OLUNMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Dekabrın 29-da saat 15.00-da 10 saylı cəzaçəkmə müəssisəsində  "Azadlıq" qəzetinin əməkdaşı, satiraçı şair Mirzə Sakitin (Sakit Zahidov) vaxtından əvvəl həbsdən azad edilməsi iddiası üzrə məhkəmə prosesi keçiriləcək.

Bu barədə RATİ-yə  M.Sakitin vəkili İsaxan Aşurov məlumat verib.
Vəkilin sözlərinə görə, qanunla cəzasının çox hissəsini çəkmiş hər bir məhkumun vaxtından əvvəl azad olunması üçün məhkəməyə müraciət etrmək hüququ var.
Qeyd edək ki, Mirzə Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 6 ay qalır.
Previous Post

ZAMİN HACI QAT SƏDRİ İLƏ BARIŞMAQ FİKRİNDƏ DEYİL

Next Post

ZAMİN HACI “MEDİA HÜQUQU İNSTİTUTU”NUN VƏKİLİ İLƏ MÜQAVİLƏ BAĞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.