ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq iclası yekunlaşıb və proses baxışa təyin edilib. Bu barədə qərar bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Baş redaktorun vəkili Elçin Sadıqovun məhkəmə prosesində foto və video çəkilişlərin aparılması, Əvəz Zeynallının mobil telefonundan saxta mesajların göndərilməsinin araşdırılması, Əvəz Zeynallı ilə görüşə imkan vermədiyi üçün Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov barəsində xüsusi qərardad çıxarılması ilə bağlı vəsatət verib. Lakin həmin vəsatətlər təmin edilməyib. Məhkəmə prosesi mayın 31-i saat 10:00 davam edəcək.

Qeyd edək ki, prosesdə çoxlu sayda yerli və xarici jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. Prosesin sonunda məhkəmə işçilərinin kobut rəftarına etiraz edən proses iştirakçıları ilə insident yaranıb. Həmçinin məhkəmə işçiləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşının fotoaparatını qırıblar.

             Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs 3 ay, 2012-ci il aprelin 12-də isə 1 ay müddətinə uzadılmışdı.

Previous Post

“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB

Next Post

QARABAĞ FORUMU MÜHARİBƏ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.