“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB

Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim  Tərlan Əkbərovun sədrliyi ilə  İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının  barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı hazırlıq iclası keçirilib.

Bu barədə bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Anar Qasımov məlumat verib.

Vəkil  Anar Qasımlının sözlərinə görə, prosesdə müdafiə tərəfi bir neçə vəsatət qaldırıb:  “Bir neçə gün sonra Anar Bayramlı haqqında seçilmiş həbs qətimkan tədbirinin müddəti bitir. Birinci vəsatət onun azadlığa buraxılması ilə bağlı oldu. İkincisi, protokollarda göstərilib ki, fevralın 17-də Anar Bayramlı gecə saat 21:30 radələrində evinin qarşısında həbs olunub. Əslində onu saat 18-19 radələrində polisə dəvət ediblər. Biz vəsatət qaldırdıq ki, Anar Bayramlının ailə üzvləri məhkəməyə şahid qismində dəvət edilsinlər”.

Belə ki, hakim qaldırılan vəsatətlərə məhkəmə prosesi başlananda baxılacağını deyib və prosesi 24 may saat 11:30-a təyin edib.

 Xatırladaq ki, Anar Bayramlı fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Hal-hazırda o Kürdəxanı təcridxanasında saxlanılır.

Previous Post

“XURAL”IN MÜSADİRƏ OLUNMUŞ ƏMLAKINA SAHİB ÇIXAN OLMADI

Next Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.