ZÖHRAB İSMAYILIN İNFORMASİYA SORĞUSU CAVABLANDIRILMAYIB

Bu gün (6 mart) Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə “Azad İqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayılın (İsmayılov)  informasiya sorğusunu cavablandırmadığına görə Statistika Komitəsinə qarşı qaldırdığı  iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib.

İclasda ilk çıxış edən cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi Adil Quliyev bildirib ki, 21 yanvar tarixində Statistika Komitəsinə sorğu daxil olub. Bu sorğuya cavab məktubu hazırlanan zaman həmin ünvandan oxşar mövzulu daha bir sorğu aldıqlarını bildirən A. Quliyev, cavab məktubunu ikinci sorğunun gəldiyi ünvana göndərdiklərini söyləyib: ”Biz elə düşündük ki, hər iki məktub eyni ünvandan gəldiyindən biz sorğuları cavablandırmışıq”.
Qeyd edək ki, Statistika Komitəsinə ikinci sorğu eyni ünvanda yerləşən “Azadlıq” radiosu tərəfindən ünvanlanıb.
Sonda hakim T. İsmayılov iddianı icraata qəbul edərək məhkəmə prosesini 16 mart saat 15:00-a təyin etdi.
Previous Post

DAK-IN XOCALI SOYQIRIMININ 17 Cİ İL DÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRİ

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİSLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.