MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİSLƏŞİB

2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim Yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun səhhəti pisləşib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) 10 gün əvvəl jurnalistlə görüşən vəkil İsaxan Aşurov verib. Vəkil M. H. Hüseynovun səhhəti ilə əlaqədar cəzasının qalan müddətindən azad edilməsi xahişi ilə dünən (5 mart) Əzizbəyov Rayon Məhkəməsinə ərizə təqdim etdiyini bildirib və qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 78-ci və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən məhkəmə belə bir qərar qəbul edə bilər.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

ZÖHRAB İSMAYILIN İNFORMASİYA SORĞUSU CAVABLANDIRILMAYIB

Next Post

TƏŞVİQATÇILAR PLAKATLARI ASARKƏN DÖYÜLÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.