ZÖHRAB İSMAYILIN ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün (2 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim Mehparə Əhmədovanın  sədrliyi ilə “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Zöhrab İsmayılın, (İsmayılov)  Səbail rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Belə ki, Z. İsmayıl, Azərbaycan Dövlət Neft Şirkətinə (ADNŞ) göndərdiyi informasiya sorğusuna natamam cavab aldığına görə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon məhkəməsi isə informasiya sorğusunda soruşulan məsələləri kommersiya sirri hesab edərək iddianı təmin etməmişdir. 
Bugünkü prosesdə iddiaçı Z. İsmayılın səlahiyyətli nümayəndəsi, “Media Hüquqları İnstitutu”nun vəkili Fariz Namazlı (ADNŞ) ünvanlanmış informasiya sorğusunun natamam cavablandırdığını, bəzi suallara isə cavab verilmədiyini bildirdi.
ADNŞ-nin illik hesabatının mütəmadi olaraq dərc edildiyini deyən cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi Şahin İsmayılov çıxışında qeyd edib ki, sorğuda soruşulmuş suallar və ADNŞ-nin illik hesabatı iddiaçıya göndərilib. Bəzi suallar isə kommersiya sirri olduğundan cavablandırılmayıb.
 Bütün müzakirələrdən sonra hakim M. Əhmədova birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlanılması barədə qərar çıxarıb. “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Z. İsmayılın səlahiyyətli nümayəndəsi F. Namazlı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) xəbər verib ki,   Apellyasiya məhkəməsinin çıxardığı qərardan Ali məhkəməyə şikayət ediləcək.
Previous Post

MİRZƏ SAKİT HƏLƏ DƏ AZADLIĞA BURAXILMAYIB

Next Post

YAŞAR AĞAZADƏ VƏ RÖVŞƏN KƏBİRLİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ KEÇİRİLƏN MƏHKƏMƏ PROSESİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.