MİRZƏ SAKİT HƏLƏ DƏ AZADLIĞA BURAXILMAYIB

17 mart 2009-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunmuş amnistiya aktı “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitə (Sakit Zahidov) də şamil olunub.

Ancaq jurnalist hələ də azadlığa buraxılmayıb. Məsələni aydınlıq gətirmək üçün bu gün Ədliyyə Nazirliyi Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov ilə əlaqə saxlanılıb. M. Sadıqovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdiyinə görə, amnistiya aktı iki minə yaxın məhbusa şamil olunub və məhkumların şəxsi işləri öyrənildiyi üçün onların azadlığa çıxmağında bir az gecikmələr olur. 
M. Sadıqov həmçinin onu da bildirib ki, M. Sakitin amnistiyadan imtina etmə ərizəsi heç bir əhəmiyyət kəsb etmir əhəmiyyət kəsb etmir: “Milli Məclisin qəbul etdiyi amnistiya aktı kimə şamil olunubsa, həmin şəxslər mütləq azdlığa buraxılacaqlar”.
Xatırladaq ki, M. Sakit  2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib və onun həbs müddətinin başa çatmasına 3 ay vaxt qalıb.
Previous Post

VƏKİL CƏZAÇƏKMƏ MÜƏSSİSƏ RƏHBƏRİNİN QANUNSUZ HƏRƏKƏTİNDƏN ƏLAVƏ ŞİKAYƏT ƏRİZƏSI VERƏCƏK

Next Post

ZÖHRAB İSMAYILIN ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.