Onlayn ifadə təşəbbüsünün BƏYANATI

Logo_300x_dark - Copy

Onlayn İfadə Təşəbbüsü (OİT) Milli Televiziya və Radio Şurasının internet televiziyalarının lisenziyalaşdırılma prosesini yenidən səsləndirilmə niyyətindən əl çəkməməsindən ciddi narahatlığını ifadə edir və hökuməti internet azadlığının məhdudlaşdırılmasına yönəlmiş bu addımı atmaqdan çəkinməyə çağırır. Belə ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmov yanvarın 10-da mediaya verdiyi açıqlamada bildirib ki, internet televiziyalarının lisenziyasız fəaliyyət göstərməsi lisenziya ilə fəaliyyət göstərən digər telekanallara qarşı haqsızlıqdır.  Ötən ilin noyabrında Azərbaycanda keçirilən BMT-nin “İnternet İdarəçiliyi Forumu” zamanı Azərbaycan rəsmiləri internetin azad olduğunu bəyan etsələr də, Forumdan cəmi iki ay keçdikdən sonra internetdə ifadə azadlığının məhdudlaşdırılması planlarını elan edir.

Bu bir daha göstərir ki hökumət internetin həqiqətən azad olmasında maraqlı deyil.

OİT hesab edir ki, internet televiziyalarının lisenziyalaşdırılması məsələsinin 2013-cü ildə məhz prezident seçkilərinin keçiriləcəyi bir ildə yenidən gündəmə gətirilməsi vətəndaşların alternativ informasiya almasının qarşısının alınmasına yönəlmiş bir addımdır. Çünki faktiki olaraq hökumətin siyasi kursuna uyğun fəaliyyət göstərən ənənəvi telekanallar və radiolardan fərqli olaraq bu gün Azərbaycanda fəaliyyət göstərən bir necə onlayn televiziya kanalı tamaşaçılarına doğru və dürüst video kontent təqdim edir.

Onlayn İfadə Təşəbbüsü bir daha Azərbaycan hökumətini Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin tələblərini pozmamağa və ifadə azadlığının hörmətlə və dözümlə yanaşmağa çağırır.

Previous Post

RATİ SƏDRİ EMİN HÜSEYNOV POLİS ZORAKILIĞINI QƏSD KİMİ DƏYƏRLƏNDİRİR

Next Post

ƏVƏZ ZEYNALLI MƏHKƏMƏYƏ VƏSATƏTLƏR VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.