Mətbuata müsahibə verən Lənkəran sakini həbs edilib
Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı Yanvarın 14-də “Bizim Yol”a müraciət edən və qəzet tərəfindən videomüsahibəsi ilə bərabər şikayəti işıqlandırılan valideyn - Şahin Ağayev fevralın 6-da həbs edilib. Bu barədə fevralın 22-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Ş.Ağayevin qardaşı Azad Ağayev qardaşının həbsinin sözügedən videomüsahibə və məlumatlarla bağlı olduğunu qeyd edib. O, bildirir ki, qardaşını həbs edərkən, maskalı şəxslər evində axtarış aparsalar da, heç nə tapmayıblar. Yalnız bir-neçə gündən sonra xəbər tutduq ki, Ş.Ağayev Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsinə aparılıb....