Mətbuata müsahibə verən Lənkəran sakini həbs edilib

Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı Yanvarın 14-də “Bizim Yol”a müraciət edən və qəzet tərəfindən videomüsahibəsi ilə bərabər şikayəti işıqlandırılan valideyn – Şahin Ağayev fevralın 6-da həbs edilib. Bu barədə fevralın 22-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Ş.Ağayevin qardaşı Azad Ağayev qardaşının həbsinin sözügedən videomüsahibə və məlumatlarla  bağlı olduğunu qeyd edib. O, bildirir ki, qardaşını həbs edərkən, maskalı şəxslər evində axtarış aparsalar da, heç nə tapmayıblar. Yalnız bir-neçə gündən sonra xəbər tutduq ki, Ş.Ağayev Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsinə aparılıb. Hazırda isə Bakı İstintaq Təcridxanasında saxlanılır “ – deyə A.Ağayev bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlasaq da, telefonumuza cavab verilmədi. Qurumun əməkdaşı Orxan Mansurzadə ötən həftə “Bizim Yol” qəzetinə bildirib ki, Ş.Ağayev barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açılıb və o, 7,6 qram narkotik maddə sayılan marixuananı satarkən həbs edilib. O, Ş.Ağayevin marixuana satmaq istədiyi şəxsin də məsuliyyətə cəlb edilməsi üçün tədbir görüldüyünü deyib. O.Mansurzadə Lənkərandakı həmkarlarından aldığı məlumata istinad edərək Ş.Ağayevin yayılmış videoçarxla bağlı həbs edilmədiyini qeyd edib.

Previous Post

Obyektiv TV-nin əməkdaşı təzyiqlə üzləşib

Next Post

Quba jurnalistlərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.