Həyəcan: Əvəz Zeynallının səhhəti pisləşib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  (RATİ) “Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallının səhhətinin pisləşməsindən narahatlığını ifadə edir. RATİ Zeynallının həbsinin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın 19-cu və “Avropa Konvensiya”sının 10-cu maddələrinə zidd olduğunu hesab edərək, jurnalisti dərhal və qeyd-şərtsiz azad etməyə çağırır. RATİ həmçinin jurnalistin təcili şəkildə lazımi tibbi yardımla təmin olunmasını tələb edir. Jurnalistin həyat yoldaşı Məlahət Zeynallının sözlərinə görə, Əvəz Zeynallı ürəyində ağrılar olduğu, əsəb gərginliyi keçirdiyi, kəskin baş ağrılarından əziyyət çəkdiyi, nəfəs almalarında problemlər yaşadığı və şəkər xəstəliyinin əlamətlərini müşahidə...

Həyəcan: Prokuror Əvəz Zeynallıya 11 il həbs cəzası istədi

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitututu dövlət ittihamçısının “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya uzunmüddətli həbs cəzası istəməsindən ciddi narahatlıq keçirir. Belə ki, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə cinayət işi üzrə keçirilən prosesdə prokuror Ramazan Hadıyev çıxış edib. O, baş redaktora qarşı irəli sürülən ittihamların sübuta yertirildiyini bildirərək, onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Əvəz Zeynallı isə ittiham çıxışının sifarişlə hazırlandığını bildirib və prokuroru ədalətsizlikdə günahlandırıb. O, irəli sürülmüş ittihamları əsassız adlandırıb, bunun məhkəmənin gedişində də...

Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşdı

Fevralın 6-da Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) ittihamı epizodu üzrə əlavə şahid kimi dəvət edilmiş Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin iqtisadi məsələlər üzrə eksperti Farzixan Cəfərov prosesdə ifadə verib. Şahid bildirib ki, Vergilər Nazirliyinin(VN) “Xural” qəzetində apardığı səyyar yoxlamaların nəticələrinin ekspertizasını aparıb. Müdafiə tərəfinin suallarını cavablandıran ekspert bildirib ki, yoxlama düzgün aparılmayıb. Belə ki, 2008-2011-ci illər ərzində qəzetin tirajı standart rəqəmlərlə götürülüb və 100 faiz...
Start typing to see posts you are looking for.