Həyəcan: Prokuror Əvəz Zeynallıya 11 il həbs cəzası istədi

579556_553424521344056_334107310_n

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitututu dövlət ittihamçısının “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya uzunmüddətli həbs cəzası istəməsindən ciddi narahatlıq keçirir. Belə ki, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə cinayət işi üzrə keçirilən prosesdə prokuror Ramazan Hadıyev çıxış edib. O, baş redaktora qarşı irəli sürülən ittihamların sübuta yertirildiyini bildirərək, onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Əvəz Zeynallı isə ittiham çıxışının sifarişlə hazırlandığını bildirib və prokuroru ədalətsizlikdə günahlandırıb. O, irəli sürülmüş ittihamları əsassız adlandırıb, bunun məhkəmənin gedişində də aydın göründüyünü deyib.

Müdafiə tərəfinin çıxışı ilə davam edəcək növbəti proses 20 fevral saat 11:00-a təyin edilib.

RATİ ifadə azadlığını müdafiə edən təşkilatları fevralın 20-də keçiriləcək məhkəmə prosesində iştirak etməyəçağırır.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Bəyanat: Vətəndaş Cəmiyyətinə Hücumlara Son Qoyulsun

Next Post

Bəyanat: Əvəz Zeynallıya azadlıq! Müstəqil mediaya hücumlara son qoyun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.