XALQ JURNALİSTİ OLMAQ ŞANSI

            Dəyərli bloqçular, gənclər, QHT fəalları və həvəsi olan həmvətənlər!  Bizim təlimlərə qatılın, bölgələrdən videoları, fotoları, xəbərləri hazırlamağı və yaymağı öyrənin.

RATİ, Demokratik Jurnalistika Məktəbi  və RİHMM bölgələrdəki ictimai problemləri və olayları işıqlandırmaq üçün vətəndaş jurnalistikası təşəbbüslərini artırmaq, bloqqer fəaliyyətini gücləndirmək üçün yeni layihəyə başlayır. Təlimlərdə iştirak etməklə siz aşağıdakı bilik və vərdişlərə yiyələnə bilərsiniz:

–          uğurlu bloqçu və yaxud xalq jurnalisti olmağın sirləri;

–          hansı mövzularda xəbər, foto və videoların hazırlamağın vacib olması;

–          xəbər, foto və videoların hazırlamağın və yaymağın texniki üsulları;

–          xalq jurnalisti kimi faydalana biləcəyiniz avadanlıqlar, kompyuter proqramları, internet saytları və onlardan istifadə etmək bacarıqları;

–          QHT və digər təşkilatların öz işində xalq jurnalistikasında uğurla faydalana bilməsi imkanları;

–          xalq jurnalistikasının üzləşdiyi etik və hüquqi problemlərin həlli yolları.

Təlimdən sonra Siz hazırladığınız materialları sosial media saytlarında, özünüzün yaratdığınız bloq və ya internet saytınızda yerləşdirmək bacarıqlarına sahib olmaqla yanaşı, Obyektiv TV-yə göndərmək imkanı əldə edəcəksiz.

            Təlimlər 5 bölgədə (Bakı, Gəncə, Lənkəran, Kürdəmir və Naxçıvan) keçiriləcək. Fevralın 15-dən başlayaraq, ölkənin müxtəlif bölgələrində təşkil edəcəyimiz təlimlərdə
iştirakçılarını seçiminə başladıq. İstəyiniz varsa, 29  fevral 2012-ci ilədək özünüz haqda bizə yazın. Harada yaşayırsınız, yaşınız, təhsiliniz, məşğuliyyətiniz, internetdəki maraqlarınız  barədə və s.

            Bakıda olan təlim 5 və 6 mart tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçiriləcək (Ünvan: Bakı şəh, R. Behbudov 8, mən 85/86)"

Previous Post

BAKIDA İRAN TELEVİZİYASININ MÜXBİRİ NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLDİ

Next Post

BAKIDA İRAN TELEVİZİYASININ MÜXBİRİ NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.