Emin Hüseynov

December 18th, 2012

Emin Hüseynov

Təsisçi və Sədr

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ-nin) təsisçisi və sədridir.

Emin Hüseynovun rəhbərliyi altında, RATİ cəzasızlığa son qoyulması tələbi ilə onlarla kampaniya həyata keçirmiş və ənənəvi media üzərində dövlət nəzarətinin artmasına cavab olaraq alternativ xəbər mənbəyi olan Obyektiv TV internet televiziyasını yaratmışdır. Jurnalistlərin onlayn fəaliyyətinin artmasından dolayı Hüseynov həmçinin internetdə mətbuat azadlığının qorunması istiqamətində səyləri artırmışdır.

RATİ-dən əvvəl E.Hüseynov Azərbaycanın qabaqcıl xəbər və informasiya agentliyi üçün biznes, iqtisadiyyat və siyasət mövzularında onlayn məqalələr və xəbər bülletenləri hazırlayan yerli jurnalistlərdən ibarət komandada çalışmışdır.

O, Azərbaycanda insan haqlarının, xüsusilə media hüquqları və ifadə azadlığının qorunması sahəsində 10 illik təcrübəyə malikdir.

E.Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini bitirmişdir.

Emin (at) irfs (dot) org