“MƏSULİYYƏTSİZ JURNALİSTİKANIN MÖVCUDLUĞU MEDİAYA OLAN TƏZYİQLƏRƏ BƏRAƏT QAZANDIRA BİLMƏZ”

"Azad cəmiyyətdə qanun azad məlumat cərəyanını boğmamalı, əksinə onu qorumalıdır.

Böhtan cinayət xasiyyətli əməl kimi nəzərdən keçirilməməlidir. Jurnalistlər gördüyü işə görə təhdidlərə narahatçılığa, döyülməyə, təzyiqə və ya həbsə məruz qalmamalıdır. Jurnalistlərə qarşı yönələn bütün zorakılıq halları istənilən vətəndaşa qarşı olan zorakılıq halı kimi sərt qaydada baxılmalı  və mühakimə olunmalıdır". Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi "Jurnalistlərin dostu" mükafatını aldıqdan sonra etdiyi çıxış zamanı söyləyib.

Daha sonra Dersi jurnalistlərin böyük məsuliyyət daşıdığını, onların şəxsi, siyasi və ya iqtisadi maraqların əlində alətə çevrilməsinin yolverilməz olduğunu bildirdi. "Lakin biz inanırıq ki, hətta bu kimi hallar baş versə də, məsuliyyətsiz jurnalistikanın mövcudluğu mediaya olan təzyiqlərə bəraət qazandıra bilməz", – deyə səfir əlavə etdi.       

Qeyd edək ki, bu gün (24 iyul) "Jurnalistlərin dostu" mükafatının təqdim etmə mərasimi keçirilib. Tədbiri açıq elan edən Mülki və Siyasi Hüquqlar Mərkəzinin rəhbəri Pərviz Həşimli mükafatın qalibinin jurnalistlər arasında keçirilən sorğu əsasında müəyyənləşdiyini və ilk yeri ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin, ikinci yeri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin, üçüncü yeri isə Sərhədsiz Reportyorlar təşkilatının tutduğunu bildirdi. O yerli jurnalist təşkilatlarından Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) xeyli sayda səs topladığını vurğuladı. Həşimlinin sözlərinə görə, sorğuda iştirak edən jurnalistlər söz və mətbuat azadlığının müdafiəsində hansı təşkilatın və ya hansı şəxsin xidmətlərini qiymətləndirərdiniz sualını cavablandırıblar.

 Tədbir zamanı çıxış edən ictimaiyyət nümayəndələri, jurnalistlər və millət vəkilləri Dersinin həqiqətən bu mükafat layiq olduğunu vurğulayıblar və onu təbrik ediblər. Səfir özü bu cür mükafata layiq görüldüyünü böyük şərəf kimi qiymətləndirib.

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,90/

Video:  http://www.youtube.com/watch?v=GYDZ56Cqxg4&eurl=http://www.irfs.az/

Previous Post

EMİN HÜSEYNOV DÖYÜLMƏSİ İLƏ ƏLAQƏDAR MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Next Post

AQİL XƏLİL FRANSAYA GEDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.