BBC RADİOSU AZƏRBAYCANDA YAYIMINI DAVAM ETDİRMƏK ÜÇÜN MTRŞ-YƏ MÜRACİƏT EDİB

BBC radiosu Azərbaycan milli tezliyində yayımını davam etdirmək məqsədilə lisenziyanın uzadılması üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib.

Bu məlumatı RATİ-yə MTRŞ-nın sədr köməkçisi Toğrul Məmmədov verib. Məmmədovun sözlərinə görə yaxın günlərdə bu məsələyə baxılacağı gözlənilir.

“Çox güman ki, idman telekanalının açılması ilə bağlı nəticələr açıqlananda bu məsələyə də baxılacaq”, – deyə sədr köməkçisi əlavə edib.  

Xatırladaq ki, MTRŞ ötən il iyulun 20-də BBC radiosunun Azərbaycanda yayımlanması üçün radioya 1 illik lisenziyanın verilməsi barədə qərar çıxarmışdı.  


Previous Post

“ALMA” QƏZETİNİN YAZARI HAQSIZLIĞA MƏRUZ QALDIĞINI BİLDİRİR

Next Post

ALİ MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.