BBC radiosu Azərbaycan milli tezliyində yayımını davam etdirmək məqsədilə lisenziyanın uzadılması üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib.
Bu məlumatı RATİ-yə MTRŞ-nın sədr köməkçisi Toğrul Məmmədov verib. Məmmədovun sözlərinə görə yaxın günlərdə bu məsələyə baxılacağı gözlənilir.
“Çox güman ki, idman telekanalının açılması ilə bağlı nəticələr açıqlananda bu məsələyə də baxılacaq”, – deyə sədr köməkçisi əlavə edib.
Xatırladaq ki, MTRŞ ötən il iyulun 20-də BBC radiosunun Azərbaycanda yayımlanması üçün radioya 1 illik lisenziyanın verilməsi barədə qərar çıxarmışdı.