ALİ MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Bu gün (03 iyun) Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyovanın sədrliyi ilə "Azadlıq" radiosunun müxbiri, Naxçıvanın Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibovanın verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim Apellyasiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı. Nəsibova RATİ-nin əməkdaşına qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklərini bildirib.   

Xatırladaq ki, 11 dekabr 2007-ci il tarixdə Resurs Mərkəzi polis tərəfindən dağıdılmış, kompüter və digər texniki avadanlıq müsadirə edilmişdi. Sonradan bəzi avadanlıqlar qaytarılsa da, onlar yararsız hala salınmışdı. Məlahət Nəsibova polisin bu hərəkətindən Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. Lakin iddia rədd edildiyindən Nəsibova Naxçıvan Apellyasiya Məhkəməsinə şikayət vermişdi. Bu il aprelin 30-da Vəli Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hakim Naxçıvan Şəhər Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlamışdı.

Previous Post

BBC RADİOSU AZƏRBAYCANDA YAYIMINI DAVAM ETDİRMƏK ÜÇÜN MTRŞ-YƏ MÜRACİƏT EDİB

Next Post

XƏLİLİN MƏCBURİ GƏTİRİLDİYİ MƏHKƏMƏDƏ ONUN VƏKİLİNİN HEÇ BİR VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.