Avqust ayının 9-da həyat yoldaşı Rəna Zahidova 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitlə (Sakit Zahidov) görüşüb.
Bu barədə RATİ-yə məlumat verən R. Zahidova bu görüş zamanı problemin yarandığını da bildirdi:
”Qızımın doğum haqqında şəhadətnaməsinin özünü yox, surətini apardığıma görə, ona atası ilə görüşməyə icazə vermədilər. Müəssisədən bildirdilər ki, Sakit Zahidov rəisdən icazə aldıqdan sonra qızı ilə görüşə bilər. Lakin Sakit rəisdən icazə almaq istəmədi. Qızım atası ilə görüşə bilməsə də, mənə görüşə icazə verdilər”.
Habelə R. Zahidova həyat yoldaşının səhhətində ciddi bir problemin olmadığını, həmişəki kimi ürək ağrıları və revmatizmdən əziyyət çəkdiyini bildirdi.