VƏKİL ƏLAYİF HƏSƏNOV “AZADLIQ” QƏZETİNİN HƏBSDƏKİ ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞƏCƏK

Vəkil Əlayif Həsənov yaxın günlərdə 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov (Zahid) və qəzetin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən digər əməkdaşı Sakit Zahidovla (Mirzə Sakit) görüşəcək.

Bu haqda  məlumatı RATİ-yə vəkil Ə. Həsənovun özü verib: ”Bir neçə gün bundan əvvəl mən Sakit Zahidovla görüşməli idim, lakin  məni  14 saylı cəzaçəkmə müəssisəsində iki saata yaxın gözlətdikdən  sonra   həbsxananın rəisinin  iş yerində olmamağını bəhanə gətirərək,  görüşə  icazə vermədilər”.
Buna baxmayaraq vəkil Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən həbsdə olan bu iki  jurnalistlə  görüş üçün  icazə aldığını və  yaxın günlərdə jurnalistlərlə görüşəcəyini bildirdi.
Vəkil Əlayif Həsənov yaxın günlərdə 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov (Zahid) və 14 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən qəzetin digər  əməkdaşı və satirik jurnalist  olan  Sakit Zahidovla görüşəcək. Bu haqda  məlumatı RATİ-yə vəkil Ə.Həsənov özü verib:” bir neçə gün əvvəl də, mən S.Zahidovla görüşməli idim, lakin bölmənin əməkdaşları  məni  14 saylı cəzaçəkmə müəsisəsində iki saata yaxın gözlətdikdən  sonra   həbsxanın rəisinin  iş yerində olmamasını bəhanə gətirərək,  görüşə  icazə vermədilər”. Bu bəhanəni süni bir çətinlik kimi qiymətləndirən vəkil Ədliyyə Nazirliyinin  Pentensiar Xidmətindən həbsdə olan iki  jurnalistlə  görüş üçün  icazənin olduğunu deyərək,  yaxın günlərdə jurnalistlərlə  mütləq görüşəcəyini bildirdi.
Previous Post

QIZINA MİRZƏ SAKİTLƏ GÖRÜŞMƏYƏ İCAZƏ VERİLMƏYİB

Next Post

“DAY.AZ” VƏ “ANSPRESS.COM” RUS HAKERLƏRİNİN HÜCUMUNA MƏRUZ QALDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.