QIZINA MİRZƏ SAKİTLƏ GÖRÜŞMƏYƏ İCAZƏ VERİLMƏYİB

Avqust ayının 9-da həyat yoldaşı Rəna Zahidova 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitlə (Sakit Zahidov) görüşüb.

Bu barədə  RATİ-yə  məlumat  verən R. Zahidova bu görüş zamanı  problemin yarandığını da bildirdi:
”Qızımın doğum haqqında şəhadətnaməsinin özünü yox, surətini apardığıma görə, ona atası ilə görüşməyə  icazə vermədilər. Müəssisədən bildirdilər ki,  Sakit Zahidov rəisdən icazə aldıqdan sonra qızı ilə görüşə bilər. Lakin Sakit rəisdən icazə almaq istəmədi. Qızım atası ilə görüşə bilməsə də, mənə görüşə icazə verdilər”.
Habelə R. Zahidova həyat yoldaşının  səhhətində ciddi bir problemin olmadığını, həmişəki kimi ürək ağrıları və revmatizmdən əziyyət çəkdiyini bildirdi.
Previous Post

QOHUMU MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Next Post

VƏKİL ƏLAYİF HƏSƏNOV “AZADLIQ” QƏZETİNİN HƏBSDƏKİ ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞƏCƏK

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.