“AZADLIQ” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ MƏHKƏMƏ İDDİASI TƏMİN EDİLMƏDİ

Folklorşünas İslam Sadiqin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddiası üzrə  Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə başlanmış  məhkəmə prosesi bu gün (12 sentyabr) iddianın rədd edilməsi ilə yekunlaşıb.

İddiaçı qəzetin 2007-ci il 4-9 oktyabr tarixli  saylarında dərc olunan “Koroğlunu suya basar” başlıqlı məqalədə özü ilə bağlı fikirlərdən narazı qalaraq məhkəməyə müraciət edib və  dəymiş zərərin müqabilində qəzetdən 20 min manat həcmində kompensasiya tələb edirdi.

Qeyd edək ki, işi araşdıran məhkəmə bundan öncəki iclasda iddiaçının məqalədə narazı qaldığı “erməni  barmağıdır” ifadəsini linqvistik ekspertizaya göndərmişdi. Ekspertiza rəyində qeyd olunurdu ki, məlum bu ifadə ironiya xarakterlidir və iddiaçının şərəf-ləyaqətinə  toxunmur.

Previous Post

RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ NARDARAN SAKİNLƏRİ MƏTBUAT KONFRASI KEÇİRİB

Next Post

“BAKI ZAMAN” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ ŞİKAYƏT ƏRİZƏSİNİN ARAŞDIRILMASININ YUBANMASINDAN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.