Folklorşünas İslam Sadiqin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddiası üzrə Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə başlanmış məhkəmə prosesi bu gün (12 sentyabr) iddianın rədd edilməsi ilə yekunlaşıb.
İddiaçı qəzetin 2007-ci il 4-9 oktyabr tarixli saylarında dərc olunan “Koroğlunu suya basar” başlıqlı məqalədə özü ilə bağlı fikirlərdən narazı qalaraq məhkəməyə müraciət edib və dəymiş zərərin müqabilində qəzetdən 20 min manat həcmində kompensasiya tələb edirdi.
Qeyd edək ki, işi araşdıran məhkəmə bundan öncəki iclasda iddiaçının məqalədə narazı qaldığı “erməni barmağıdır” ifadəsini linqvistik ekspertizaya göndərmişdi. Ekspertiza rəyində qeyd olunurdu ki, məlum bu ifadə ironiya xarakterlidir və iddiaçının şərəf-ləyaqətinə toxunmur.