Oktyabrın 8-də Milli Televiziya və Radio Şurasının yeni radio yayım proqramının açılması üçün Bakı və Abşeron ərazisində 105,7 MHz işçi tezliyi üzrə müsabiqə başa çatıb.
Xatırladaq ki, müsabiqəyə sənəd qəbulu bir ay əvvəl – sentyabrın 8-də elan edilmişdi. Müsabiqə üzrə əlaqələndirici Nemət Cavadov “Mediaforum” saytına bildirib ki, bir ay müddətində Milli Televiziya və Radio Şurasına dörd hüquqi şəxs müraciət edib: “Dijtal Media”MMC, “Kapital” MMC, “FM”MMC,”Tandem”MMC. N.Cavadov sənədlərin şərtlərə uyğun olduğunu bildirib. Bir ay ərzində şura üzvləri sənədləri araşdıracaq və hüquqi şəxslərdən biri qalib olacaq.